Kenet dam örtükləri

29 Fevral 2024

Kenet örtüyünün möhtəşəm görkəmi şəhərin mürəkkəb memarlıq görünüşü ilə mükəmməl ahəng yaradır. Ona görə də bu dam örtüklərindən nəinki yeni binaların tikintisi, həm də mövcud tikililərin yenidən qurulması zamanı istifadə edilə bilər.

Kenet estetik görünüşü və deşik açılmadan birləşdirilməsi sayəsində su sızması riskinə qarşı həssas olan lüks evlərin, binaların və anbarların əvəzolunmaz seçimidir. Keçməli və ya mexaniki kilitli bu sistemlərin alt quruluşu, əsasən, taxta pərlər və yaxud OSB lövhələr (buxar izolyasiyası daxil olmaqla) üzərində Z-profilləri ilə bərkidilərək quraşdırılır.

Kenet dam örtüyü günəş şüalarının mənfi təsirlərinə qarşı maksimal dərəcədə dözümlü olmaqla yanaşı, eleqant görüntüsü ilə evlərinizə mükəmməllik qatacaq. İnnovativ həll olduğu üçün bu məhsula tələbat getdikcə artır.

Kenet dam örtüyünü seçmək üçün bir neçə səbəb:

  1. Mövcudluq: Lazımi miqdarda materialı dərhal əldə edə bilərsiniz, çünki bu örtüklər standart təbəqələr halında hazırlanır və xüsusi ölçü tələblərinə uyğunlaşdırılması asandır.
  2. Daşınma rahatlığı: Yükləmə və boşaltma üçün xüsusi avadanlıq tələb etməyən asan daşınma xüsusiyyətinə malikdir.
  3. Qənaətcillik: İş bitdikdən sonra artıq tullantı qalmadığı üçün iqtisadi baxımdan sərfəlidir.
  4. Yüngüllük: Kenet dam yüngül olduğundan quraşdırılması asan məhsuldur.

Kenet dam örtükləri etibarlılığına görə seçilir. Səthində birləşmə hissələrinin görünməməsi və etibarlı bərkitmə mexanizminə malik olması sızma ehtimalını tamamilə aradan qaldırır.

Bu sistemlər daha çox Amerika, Avropa və Yeni Zelandiyada istifadə olunur. Bu gün Azərbaycanda da artıq kifayət qədər yayılan kenet dam örtükləri haqqında ətraflı məlumatı e-mail ünvanımıza yazaraq və yaxud zəng edərək ala bilərsiniz.

Əlaqə: 050 444 05 06

Çata başla
1
Qiymət təklifi üçün bizə yazın.
Salam, sizə lazım olan ölçünü yazın, qiymət
təkliflərini göndərək.