Monterrey
Monterrey formalı dam örtükləri fərdi yaşayış sahələrinin və bağ evlərinin tikintisində xüsusi yer tutur. Xarici görünüş və asanlıqla quraşdırıla bilməsi baxımından bir çox dam örtüklərindən fərqlənir.
Qalınlıqları 0.35 ,0.38, 0.40, 0.42, 0.45, 0.47, 0.50 olan bu dam örtükləri istəyinizə uyğun ölçüdə hazırlana bilir.
Eni 1200 mm olan bu örtükləri uzunluğu 6 metrəyə qədər sifariş edilə bilir. Rəngli rulon halında gəlib burda yüksək texnoloji avadanlıqlarla istehsal olunan Monterrey dam örtükləri yerli bazarda müştərilər tərəfindən çox təlabat görür.
Tələbatın çox olmasına əsas səbəbləri də münasib qiymətdə olması, yüksək keyfiyyəti və istənilən uzunluqda hazırlana bilməsidir. Çünki belə halda sürətli quraşdırılır, itkiyə az gedir və daha güvənli olur, ustaların işini asanlaşdırır.
Rəng çeşidi mat və parlaq boyadan ibarətdir.




