Metal dam örtüyü alarkən nələrə diqqət etmək lazmıdır?

27 Dekabr 2024

Bir çox müasir dam örtüyü materialları arasında metal dam örtüyü bir sıra üstünlükləri ilə seçilir. Bu materialın aşağı çəkisi (kvadrat metrə beş kiloqramdan az) onunla işləməyə əlverişli imkan yaradır. Metal dam örtüyü, materialın qalınlğından aslı olaraq atmosfer yağıntılarına qarşı müqavimətinə görə davamlıdır və örtüklərin müxtəlif rənglərdə olması unikal bir görüntü yaratmağa imkan verəcəkdir.

Metal dam örtüyü alarkən diqqət etməli olduğunuz məqamlar:

Tətbiq sahəsi

  • Metal dam örtüyü, yüksək möhkəmlik xüsusiyyətləri ilə seçilən və ondan hazırlanmış damın davamlılığını təmin edən etibarlı bir materialdır. Bu səbəbdən, çətin iqlim şəraitinə malik ərazilərdə damların tikintisi zamanı geniş istifadə olunur. Bundan əlavə, metal dam örtüyünün yanmaz material olduğunu və tamamilə yanğın təhlükəsizliyi tələblərinə cavab verdiyini də qeyd etmək vacibdir.

Dam bucağı tələbləri

  • Metal dam örtüyünün çox yönlü xüsusiyyətləri onu hətta 9 dərəcə mailliyi olan damlarda quraşdırmağa imkan verir. Bununla yanaşı, Gallco Store mütəxəssisləri yamac bucağı 13 dərəcə və daha çox olan damlarda metal dam örtüyündən istifadə etməyi tövsiyə edir.

Damın struktur forması

  • Quraşdırılacaq damın dəyəri birbaşa onun rafter sisteminin nə qədər mürəkkəb olmasından asılıdır. Damın forması və memarlıq elementlərinin mürəkkəbliyi nə qədər çox olarsa, dam örtüyü materiallarına bir o qədər artıq xərc çəkiləcək. Ən sadə və qənaətcil seçim isə iki və ya dörd tərəfli bir dam quruluşudur.

Polad əsasının qalınlığı

Metal dam örtüklərinin istehsalında sinklənmiş nazik polad təbəqələrdən istifadə olunur. Əgər çox nazik metal dam örtüyü seçsəniz, daşınma və ya quraşdırma zamanı zədələnmə riski yüksək ola bilər. Bir çox insan səhvən daha qalın poladdan hazırlanan materialların daha keyfiyyətli olduğunu düşünür. Əslində isə, qalın polad dam örtükləri çox sərt olur, bu da quraşdırmanı daha mürəkkəb və çətin hala gətirir.

0,45-0,5 mm qalınlığında olan dam örtükləri bizim iqlim və şəraitlərdə istifadə üçün optimal hesab olunur. Əsasən, 0,45 mm və daha nazik polad istifadə edən rəqiblərdən fərqli olaraq, Gallco Store metal dam örtüklərinin istehsalı üçün yalnız 0,5 mm qalınlığında poladdan istifadə edir. Bu, bir sıra problemlərə qarşı zəmanət verir və dam quraşdırılarkən aşağıdakı üstünlükləri təmin edir:

  • Daha yüksək davamlılıq və zərbələrə qarşı müqavimət.
  • Quraşdırma zamanı deformasiya riskinin azalması.
  • Atmosfer yağıntılarına və külək yüklərinə qarşı daha yaxşı qorunma.

Sizdə keyfiyyətli dam örtüyü əldə etmək istəyirsinizsə bizimlə əlaqə saxlamağa tələsin .

Ətraflı məlumat və sifariş üçün +994(50)444 05 06

Çata başla
1
Qiymət təklifi üçün bizə yazın.
Salam, sizə lazım olan ölçünü yazın, qiymət
təkliflərini göndərək.