Description
Cukurova Shinglas– kiçik ölçülü düzbucaq formada, bir hissəsində fiqurlu kəsik olan və dama üst üstə cərgə ilə düzülən bitum əsaslı materialdır. Sadə və mürəkkəb konfiqurasiyalı, günbəzə gədər olan maili damların örtüyü kimi ideal variantdır.
Elastik dam örtüyünün tarixi 100 ildən artıqdır. İlk olaraq ABŞ-da yaranıb, tikinti sahəsində ən məşhur dam örtüyü materialıdır. Bunun bir neçə səbəbi var: əlverişlilik, sadə montaj, xarici görünüşü və rahat istifadəsı.
Bitum əsaslı dam örtüyü Cukurova Shinglas 3 əsas komponentdən ibarətdir: bərkidici əsas kimi şüşəkətan, təkmilləşdirilmiş bitum və bazalt əsaslı qranul. Dam örtüyünün ekspluatasiya xarakteristikası bu komponentlərin qarşılıqlı təsirinin keyfiyyəti və miqdarından asılıdır.
Elastik dam örtüyü Çukurova Shinglas nəinki kottec və azmərtəbəli tikililər üçün optimal həlldir.
Gallco Store dam örtüklərindən əlavə dama aid hər bir aksesuarla da sizi təmin edir. Eyni zamanda işçilik xidmətimizdən yararlanaraq işinizi peşəkar komandamıza gördürə və rahat şəkildə, əlavə heç bir əziyyət çəkmədən təhvil ala bilərsiniz.
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya, yaxud mağazamıza gələ bilərsiniz.